Çay necə yaranır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Özünün açdığı təbii çuxurla daim axan suya çay deyilir. Çayın yaranması üçün meylliyin və rütubətin olması əsas şərtdir. Ərazidə nə qədər meyllik çox və rütubət çox olarsa çay şəbəkəsi də bir o qədər sıx olar.

Çayın başladığı yer onun mənbəyi və töküldüyü yer isə mənsəbi adlanır. Çay üçün mənbə bulaq, buzlaq, göl, bataqlıq və s., mənsəb göl, çay, dəniz, körfəz və s. ola bilər. Çayda daima su ilə dolu olan hissə çay yatağı adlanır. Cay dərələri formasına görə müxtəlif ola bilirlər: V- şəkilli, U-şəkilli, kanyon dərələr, meandrlı dərələr və s. Çay dərələrinin fərqli formaya malik olması meyllikdən və süxurların bərkliyindən asılıdır. Mənsəblər də müxtəlif formada ola bilirlər estuari, delta.

0 points
Samxan Babayev answered
0 points