Meandr necə yaranır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Axar sular, yəni ,çaylar müxtəlif formalı dərələr yaradırlar.Buna əsas səbəb çayın axdığı ərazinin relyefı və süxurlardır.Əgər çay axdığı ərazinin relyefi dağlıqdırsa,yəni,meyllik çoxdursa o zaman dərin dar dərələr yarana bilir. Bunun özündədə fərqlilik var ,yüksək meylliyə malik ərazidə süxurlar bərk olarsa o zaman v- şəkilli dərələr yaranar,yox əgər boş süxurlar olarsa o zaman kanyon dərələr yaranar.

Düzənlik çaylarında isə axın sürəti azaldığına görə çay dərəni çox dərinləşdirə bilmir,əksinə enləşdirir.Bəzən düzənlik çayları bərk və boş süxurların olduğu yerlərdən keçdikdə əyri dərələr yaranır,yəni çay axır və qarşısına bərk süxur çıxarkən istiqamətini dəyişməli olur,bu bir neçə dəfə təkrarlandıqda əyri dərələr formalaşır ki,bunlara meandrlar deyirlər.

0 points