Ben-Balben dağı haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

İrlandiya ərazisində yerləşən Ben-Balben dağı 527 m hündürlüyə malik olub əsasən əhəngdaşından təşkil olunmuşdur. Dağ 320 milyon il bundan əvvəl yaranmışdır. Dördüncü dövr buzlaşması zamanı kəskin parçalanmaya məruz qalmışdır. Dağ Slayqo Qraflığının ərazisində yerləşir.

Ben-Balben dağı piyada gəzinti üçün çox gözəl yerdir, lakin şimal tərəfdən o qədər də rahat deyil, çünki bura Atlantik okeanından gələn külək və qasırğanın təsirinə məruz qalır. Cənub tərəfi isə çox rahat və əlverişlidir. Dağın zirvəsinə çıxan çox gözəl bir mənzərə ilə qarşılaşır. Belə ki, Slayqo Qraflığı, Atlantik okeanı və sahil düzənlikləri gözəl bir mənzərə yaradır.

0 points