Qarmo dağı hansı ölkənin ərazisində yerləşir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Dağ Tacikistan Respublikasının Dağlıq Bədəxşan muxtar dairəsinin ərazisində yerləşir. Qarmo dağının hündürlüyü 6595 metrdir. 

Qarmo dağında bir neçə buzlaq var. Dağın şərqində dünyanın qütb buzlaqlarından sonra ən böyük buzlağı olan Fedçenko buzlağı yerləşir. Bu buzlağın uzunluğu 7 km, eni 2 km, qalınlığı isə 1km-ə bərabərdir.

Dağa ən yaxın olan yaşayış məntəqəsi Paymazor qəsəbəsi 2785 metr hündürlükdə yerləşir. 

Oarmo dağının hündürlüyü və yerləşməsi üzun illər mübahisəli məsələ olaraq qalmışdır. Əvvəllər Qarmo dağı Pamir dağlarının Elmlər Akademiyası silsiləsinin bir hissəsi olaraq göstərilirdi. 1933-cü ilə kimi Qarmo dağı kimi bilinən, sonralar Stalin piki, Kommunizm Piki və hazırda İsmayıl Səməni piki olaraq tanınan Pamirin və keçmiş SSSR-nin ən hündür nöqtəsi olan dağın Qarmo dağından 16 km şimalda yerləşdiyi müəyyən olundu.

0 points