Babək və Azerbaycanla əlaqəsi haqqında nə bilirsiniz?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Elvin Namazov answered

Babək Xürrəmi ərəb idarəetməsinə qarşı Azərbaycan ərazisində başlamış üsyanların ən böyük olanına rəhbərlik etməsi ilə tanınan sərkərdə və xalq qəhrəmanıdır. Adı o dövrün fars, erməni və ərəb mənbələrində tez-tez çəkilir. 

798-cı ildə Ərdəbil yaxınlığında Bilalabad kəndində anadan olmuşdur. Atası Abdulla ərəb mənşəli ad daşıdığı üçün müsəlman olduğu qeyd edilir. Babəkin de adının Həsən olduğunu ve müsəlman olduğunu söyləyən mənbələr vardır. Buda bizə onu deməyə əsas verə bilərki ya Babəkin əcdadları sadəcə cizyə vergisindən azad olmaq üçün müsəlmanlığı qəbul etmiş lakin  qədim etiqadlarını da saxlamışdır, yada ki, Babək şəxsən özü bu müsəlman olduğu halda ərəblerin ve yerli feodalların bəzilerinin zülmüne qarşı üsyan edərək həmdə bir növ bu zülmü o dövr üçü dəstəkləyən islam qayda-qanunlarınada qarşı çıxmışdır. 

Babəkin Xürrəmi hərəkatına qatılmağı Cavidanla bağlı idi. Cavidan Azərbaycanın varlı xürrəmi feodallarından biri idi. Mənbələr belə qeyd edirki bir dəfə təsadüfən yolu Bilalabad kəndinə düşən Cavidan orada Babək ilə tanış olmuş ve onu xidmətine almışdır. Cavidanın ölümünden sonra isə Babək bütün Xürremilərə rəhbərlik edərək qısa zamanda hərəkatı Azərbaycanın bir çox vilayetinə ve İranın şimal ərazilərinə qədər böyütdü. Xəlifənin göndərdiyi orduları pusqu qurmaq taktikası ile qələbə qazanaraq məhv etdi. Xəlifə Məmunun yerinə taxta keçən Mötəsimin anası Türk mənşəli idi və Babəkə qarşı Türk sərkərdə və əsgərləri göndərdi. Türk sərkərdəsi Afşin Babəkə qarşı qələbə qazanaraq onu Samirə şəhərinə göndərdi və Babək edam edildi. 

Babəkin Azərbaycanla əlaqəsi haqqında isə bunu deyə bilərəm. Birincisi Babək Azərbaycanda doğulmuşdu. İkincisi Babəkin ordusunun çox hissəsi Azərbaycan əhalisindən idi. Üçüncüsü Babək mübarizəsinin mərkəzi Azərbaycan idi.

0 points
Yagublu answered

Babək Azərbaycanla əlaqəsi odur ki, Babək Azərbaycanın Ərdəbil şəhərinin yaxınlığındakı kənddə doğulub. Həmin dövrün xəritələrinə fikir versək, Azərbaycan bəzən Araz çayından cənubdakı, bəzən isə Kür çayından cənubdakı ərazilərə deyilirdi. 1918-ci ildə dövlət qurulanda əhalinin çoxluğunun orda olması və həmişə imperiyaların paytaxtı olduğunu nəzərə alıb (şimalda heç vaxt böyük dövlətin paytaxtı olmayıb) dövlətin adını məhz Azərbaycan qoymağa qərar verdilər. Həmçinin Babək üsyanın əsas hərəkətverici qüvvəsi də, Azərbaycan əhalisi idi.

Babəkin etnik mənsubiyyətinə gəldikdə isə, burda bir çox dəqiq olmayan nəzəriyyələr var. Mənim fikrimcə Babək türk əsilli olmayıb, həmçinin fars da olmayıb. Məncə Babək azərbaycan xalqının tərkibinə daxil olan, türkləşən midiyalı olub.

Şəkildəki də Babək qalası kimi də adlanan Bəzz qalası, hərəkatın əsas mərkəzi olmuşdur, hal hazırdada azərbaycanlılar oraya ziyarətə gedirlər.

0 points