Elvin Namazov answered
Armini German tayfalarının qəhrəmanıdır. Xerusk tayfa başçısının oğlu olan Armini gəncliyini Roma sarayında keçirmişdir. Romada olarkən Roma dövlətiinin hərb sistemini dərindən öyrənmişdir. Armini bunun ardınca German tayfalarını birləşdirərək Roma əsarətinə qarşı çıxdı. Varus döyüşündə German tayfaları Roma ordularını məğlub edərək Reyn çayının qərb hissəsinə çəkilməyə məcbur etmişdilər. Lakin Armininin səylərinə baxmayaraq German tayfa başçıları onun hakimiyyətini qəbul etmədilər və görkəmli sərkərdə döyüş yoldaşları tərəfindən sui-qəsd nəticəsində öldürüldü.