Tornado answered
Aşur-Ada İran İslam Respublikasının Xəzər dənizində olan yeganə adasıdır. Ada Xəzərin cənub şərqində Myanqala yarımadasının şərq qurtaracağında Gorgan şəhərindən 23 km aralıda Astarabad (Gorgan) körfəzində yerləşir.
Adaya Bəndər Türkmən limanı vasitəsi ilə getmək mümkündür. İnzibati cəhətdən ada Gülüstan ostanının Türkmən rayonu ərasisinə daxildir.
Aşur-Adada böyük dəniz məhsulları zavodu fəaliyyət göstərir. Ölkədə istehsal olunan kürünün 50%-i burada istehsal olunur. Adada 9 sahil stansiyası fəaliyyət göstərir.