Xəzər dənizində hansı balıq növləri var?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Dünyanın ən böyük gölü olan Xəzər dənizinin sahəsi 380.000 kv. kilometrə bərabərdir. Elə bu böyüklüyünə görə də Xəzəri dəniz adlandırırlar. Xəzər dənizində zəngin heyvan və bitki növləri yaşayır. Burada 920 heyvan növü yaşayır ki, bunların da 101 növünü ahcaq balıqlar təşkil edir.

Xəzərdə  5 metr uzunluğunda olan nərə balıqlarından, 45millimetr ölçüyə malik xulkimilərə kimi balıqlar yaşayırlar. Xəzər dənizində yaşayan balıqlardan nərənin müxtəlif növləri, xəzər siyənəyi, dəniz sıfı, ziyad balığı, gülmə, çəki, xəşəm, kilkə və başqa balıqladır. Nərə balıqlarından istehsal olunan qara kürü Dünya bazarında çox baha qiymətə alınır. Dünyada istehsal olunan qara kürünün 95%-i Xəzər dənizində istehsal olunur.

0 points