Göy balina ən çox harada yayılıb?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Dünyanın ən iri canlısı sayılan göy balinanın çəkisi  160 ton, uzunluğu 33.8 metrəə bərabərdir. Təkcə ürəyinin kütləsi 700 kq-a bərabərdir. Ən böyükləri Cənub yarımkürəsində yaşayır. Dünya okeanının hər yerində bu canlıya rast çəlmək mümkündür. Ekvatorial, subantarktik və subarktik sularda geniş yayılıblar.

Balina qidalanan zaman asta üzür, qorxudulduqda isə sürəti saatda 20 milə çatır. Qış mövsümündə isti sulara doğru, yayda isə daha soyuq enliklə qədər miqrasiya edirlər. Əsas qidası planktonlar, xərçəngkimilər və molyuskalardan ibarətdir.

0 points