Hind okeanı haqqında nələri bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Yer kürəsinin 20%-ni tutan bu okean böyüklüyünə görə dünyanın üçüncü okeanı sayılır. Sahəsi 75 milyon kv. kilometrdir. Okean qərbdən Afrika və Ərəbistan yarımadası, şimaldan Avrasiya, şərqdən Hind-Çin yarımadası, Zond adaları və Avstraliya ilə, Cənubdan isə Antarktida (hazırda Antarktida ilə arada cənub okeanı ayrılır) ilə əhatə olunmuşdur.

Orta okean sıra dağları Hind okeanını üç hissəyə ayırır. Okeanın ən dərin yeri Zond (7729m) çökəkliyidir. Dünynın ən uzun boğazıolan Mozambik boğazı, ən duzlu dənizi Qırmızı dəniz burada yerləşir. Temperatur okeanın hər yerində eyni deyil. Ekvatorial enliklərdə il boyu 28 dərəcəyə bərabər olur. Qırmızı dənizdə yayda 30-31 dərəcə, qışda isə 20-25 dərəcəyə bərabərdi. Cənub yarımkürəsində ilsə tempetatur aşağı olur. Aysberqlər 40 dərəcəlik enliklərə qədər gələ bilir. Okeanda duzluluq da qeyri bərabər paylanıb, belə ki, Qırmızı dənizdə 42 promill olduğu halda Benqal körfəzində böyük çayların tökülməsi sayəsində 30-34 promillə bərabər olur. 

Dənizləri - Qırmızı, Ərəbistan, Andaman, Lakkadiv, Arafur, Timor; körfəzləri - İran, Benqal, Oman, Ədən, Karpentariya, Böyük Avstraliya; boğazları - Mozambik, Polk, Səkkizinci dərəcə, Doqquzuncu dərəcə, Onuncu dərəcə, Dunkan və s.-dir.

0 points