Xəzər dənizi ilə Azov dənizinin əsas fərqi nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Xəzər dənizinin sahəsinin (380 000 kv.km) Azov dənizindən (37 700kv.km) böyük olmasına baxmayaraq Xəzər dənizi göl sayılır, Azov dənizi isə dəniz. Dənizlə gölün əsas fərqi dünya okeanı ilə su mübadiləsinin olub olmaması ilə müəyyən olunur.

Xəzər dənizinin Dünya okeanı ilə su mübadiləsi olmayan axarsız göldür. Azov dənizi isə Kerç boğazı vasitəsi ilə okeanla əlaqəsi olub Atlantik okeanının daxili dənizi sayılır. Bundan əlavə bu dənizlər dərinliyinə,  suyunun temperaturuna, canlılar aləminə görə də bir birindən fərqlənirlər. Azov dənizinin ən dərin yeri 13.5m Xəzər dənizininki isə 1025m dir.

0 points