Strabonun "Coğrafiya" kitabında Azərbaycan haqqında hansı məlumatlar verilmişdir?


Нажмите здесь, чтобы написать свой ответ

Tornado answered

Eramızdan əvvəl I əsrdə yaşamış yunan alimi Strabonun yazdığı 17 cildlik coğrafiya kitabı o dövr coğrafiyasını öyrənmək üçün əsaslı mənbədir. O, öz kitabında Qafqaz Albaniyası haqqında geniş məlumat vermişdir. Hindistandan 30000 stadi (ölçü vahidi) uzaqlıqda yerləşən və Albaniya ərazisində olan dağlara isə yunanlar "Qafqaz" adı vermişlər. Kür çayı və onun qollarından bəhs edən alim onun mənsəbində çayın gətirib çökdürdüyü münbit torpaqlardan, lakin buranın bataqlıq olması ilə əlaqədar bu torpaqlardan istifadə etməyin çətinliyindən bəhs edir və çayın mənsəbə yaxın hissəsində kanalların olmasından bəhs edir. Araz çayı haqqında isə Kürün mənsəbindən biraz daha yuxarıda Kürə qovuşduğunu , həmçinin çayın  Kürə nəzərən daha çox lilli olduğunu qeyd edir.

Strabon həmçinin Qafqaz Albaniyasının etnik tərkibi haqqında fikir söyləmişdir. Onun yazdığı məlumata əsasən Qafqaz Albaniyasında 26 fərqli dildə danışan tayfa mövcuddur. Albanlar haqqında yazarkən Strabon onların əsasən köçəri qoyunçuluq təsərrufatı ilə məşğul olduqlarını qeyd edir. Strabon onları "barbar" tayfalarına bənzətsə də onların sakit və müharibəyə meylli olmadıqlarını söyləyir. Amazonkaların da Albaniyanın dağları arasında yaşadığını da həmçinin Strabondan öyrənirik.

0 points