Çitarum çayı haqqında nə bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Çitarum çayı Qərbi Yava vilayətində ən uzun və böyük çaylardan biridir.

Çitarum həmçinin Yava adasında ən böyük üçüncü çaydır. Qərbi Yavanın ərazisində əsas su mənbəyi olduğundan istər özləri içmək üçün, kənd təsərrüfatında, heyvanların içməsi üçün, istərsə də məişətdə bu çaydan geniş istifadə edilir. Çitarum çayı dünyanın ən çirkli çaylarından biri hesab olunur. Zibil çayın üzərini elə örtür ki, çaydan çox zibilliyi xatırladır. Çayın üzərində tikilən su anbarı onun çirklənməsinin daha da artmasına səbəb olmuşdur.

Çitarium çayının hövzəsində 5 milyona yaxın insan yaşayır. 2008-ci ildə çayın təmizlənməsi üçün Asiya İnkişaf Bankı 500 milyon dollar kredit ayırmışdır. Buna baxmayaraq çayın təmizlənməsinə 10 illərlə vaxt lazım gələcək.

0 points