İquasu çayı hansı ölkədən axır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Braziliya və Argentina ərazisindən axan İquasu çayının adı quarani dilindən tərcümədə “Böyük su“ deməkdir. Çayın uzunluğu 1320 km-ə bərabərdir. İquasu çayı başlanğıcını Kuritiba yaxınlığında olan Serra-du-Mar dağlarından axan İrai və Atuba çaylarının birləşməsindən götürür. Üzərində 70-ə qədər şəlalə var. Çaya 30-a yaxın çay tökülür.

İquasu çayı Braziliya və Argentina arasında təbii sərhəd rolu oynayır. Parana çayına tökülməsinə 30 kilometr qalmış çay üzərində yerləşən İquasu şəlaləsi dünyada çayı məşhur edən səbəblərdən biridir. Şəlalənin çox hissəsi Argentina ərazisinə düşür. 1542-ci ildən məlum olan bu şəlalə 1984-cü ildən YUNESKO-nun dünya irsinin siyahısına daxil olunub.

0 points