Zürafə harada yaşayır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Boyu 4-6 m olmaqla dünyanın ən ucaboylu heyvanı sayılır. Bədəni qara və qəhvəyi xallarla örtülüdür. Zürafənin vətəni Afrikadır. Şimali və Cənubi Afrika savannaları onların yaşaması üçün əlverişli şəraitə malikdir.

Boyunları uzun olduğundan yerdəki otlardan çox ağac budaqlarında olan yarpaqlarla qidalanırlar. Bu heyvanın güclü ürəyi var, bu da beyninə qanın normal çatmasına xidmət edir, əgər belə olmasaydı bu qədər uzun boyuna malik olan heyvanın beyninə qan çatmazdı. Zürafənin dili qara rəngdədir. Quraqlıq dövründə onlar dəvədən daha çox susuzluğa davam gətirirlər. Addımlarının uzunluğu 6-8m-ə bərabərdir. Bu heyvanlar ayaq üstə yatırlar. 

0 points