Savanna nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Savannalar hündürboylu ot örtüyü, seyrək ağac kolluqlardan ibarət olan ərazilərə deyilir. Adətən subekvatorial iqlim qurşağında rütubətin il boyu qeyri bərabərdə olması nəticəsində yaranır.

Belə ki, subekvatorial qurşaq yayda ekvatorial hava kütləsinin təsiri altında qaldığından orada yağıntı çox olur, bu zaman çoxillik ot bitkilərinin bitməsi üçün şərait yaranır qışda isə tropik hava kütləsinin təsiri İlə yağıntı olmadığından ot bitkiləri məhv olur. Ağaclar bəzi yerlərdə sryrək işıqlı meşələr əmələ gətirirlər (Avstraliyada evkalipt meşələri və ya Braziliyada olan seyrək meşələr) bəzi hallarda isə tək tək ot bitkilərinin arasında bitirlər (baobab, butulka ağacı və.s). Savannalar Mərkəzi və Cənubi Amerikada, Afrikada, Cənubi və Cənub Şərqi Asiyada və Avstraliyada yayılıb.

0 points