Zeytun bitkisinin nə kimi faydası var?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Zeytun həmişəyaşıl subtropik zonaya məxsus zeytunkimilər fəsiləsinə aid ağac bitkisidir.

Ağacının hündürlüyü 3-7 metrə çatır və genişçətirlidir. Zeytunun vətəni haqqında iki fikir var: 1-ci Yunanıstan, 2-ci Suriya və Qərbi Antaliya olduğu güman edilir. Zeytun ağacının ömrü 300-400 il və hətta 1000 ilə də çata bilir. Zeytun çox faydalı bitki olub onun həm yağından həm də özündən istifadə edilir. Hazırda zeytunun yarpağından hazırlanan dərmanlar da mövcuddur.

Zeytun yağının 3 növü mövcuddur: Təbii zeytun yağı, çiy yeyilə bilən ən keyfiyyətli zeytun yağıdır. Rafinə edilmiş zeytun yağı. Bu yağın turşuluğı aşağı salınınr və dadı dəyişdirilir. Bundan ən çox zeytunun dadına alışmamış ölkələrdə istifadə olunur. Riviera tipli zeytun yağı isə rafina yağına 10-12% təbii yağ əlavə etməklə alınır ki, bundan da qızartma yeməklərdə istifadə olunur.

0 points