Ağacın yaşı necə hesablanır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Ağacların yaşını hesaplanması ilə əlaqədar olan elm sahəsi dendroxronologiyadır.

Ağacın yaşını hesablayarkən gövdədə olan yaş halqalarından istifadə edirlər. Ağacın böyüməsi yazda artır, yayada isə yavaşlayır. Buna görədə yazda əmələ gələn halqalar tez böyüməklə əlaqəli olaraq açıq rəngli, yayda isə yavaş böyüdükləri üçün tünd rəngli olur. 1 tünd və 1 açıq rəngli halqa “bir yaş halqasını” əmələ gətirir. Gövdəsindən kəsilmiş bir ağacın yaşı beləliklə hesablanır. Yaşayan bir ağacın yaşınıda halqaları saymaqla müəyyən etmək mümkündür. Ağacın gövdəsindən ağaca zərər vermədən alınan bir hissə üzərindəki halqaları saymaqla bilmək olur.

Bu halqalar ilə həm ağacın yaşı həmdə keçmiş illərdəki iqlim şəraiti haqqda məlumat almaq olur. Məsələn bu halqalar genişdirsə ağac çox böyümüş (yağışlı iqlim), dardırsa az böyümüş (quraq iqlim) məlumatlarınıda bilmək olur.

0 points