Tornado answered
Paytaxtı Stoun Taun olan Zənzibar iki adadan (Zənzibar və Pemba) ibarət olub, Şərqi Afrikada yerləşən Tanzaniya övlətinə bağlı muxtar bölgədir. Zənzibar iranlı köçkünlər tərəfindən yaradılmışdır. Fars dilindən tərcümədə “Zangi bar” - “zəncilər sahili” deməkdi.
İqtisadiyyatının əsasını ədviyyat (vaxtilə dünyanın yarısına ədviyat satırdı) ixracatı təşkil edir. Turizm sektoru da ölkədə əhəmiyyətli yer tutur. Mərkəz Stoun Taunda hər gün “ədviyyat turları” təşkil edilir.