Zəlzələ nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Zəlzələ yerin ani vaxt ərzində titrəməsinə deyilir. Tektonik hərəkətlərin güclü olduğu yerlərdə Litosfer tavalarının hərəkəti ilə əlaqədar olaraq onların sərhəd zonalarında, müxtəlif layların sürüşməsi və toqquşması zamanı orada olan enerjinin yerdəyişməsi nəticəsində baş verir. Zəlzələ dalğaları  çox ani zaman ərzində geniş əraziyə yayılaraq böyük dağıntıya və insan təlafatına səbəb ola bilir.

Yer daxilində zəlzələnin baş verdiyi yer hiposentr, yer səthində onun proyeksiyası isə episentr adlanır. Zəlzələnin hiposentri nəqədər dərində olarsa o qədər geniş ərazi əhatə edər və dağıdıcı gücü az olar, əksinə səthə yaxın olduqda az ərazini əhatə edər və güclü dağıntı yaradar.

Zəlzələnin tez-tez baş verdiyi yerlər seysmik ərazilər adlanır və bu əsasən geosinklinal qurşaqlara uyğun gəlir. Zəlzələnin gücü Rixter şkalasına əsasən 12 ballıq sistemlə müəyyən olunur. Dünyada baş verən ən güclü zəlzələlərə Çilidə(1960-cı il 9.5 bal) Çində (1956-cı il 8 bal) və s.-i misal göstərmək olar.

0 points
Şəhla Zakirli answered

Elfov

0 points