Zəlzələdən necə qorunmaq olar?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Zəlzələ çox ani vaxt ərzində baş verən təbiət hadisəsi olduğundan ondan qaçmaq çətindir. Ancaq zəlzələ zamanı bəzi tədbirər görməklə özünüzü qoruya bilərsiniz. Əgər zəlzələ zamanı bağlı bir yerəsinizsə (binada, otaqda) o zaman otaqda stol varsa onun altında dayanmaq məsləhətdir, otaqda stol olmazsa künclərdə dayanıb əl ilə başı qorumaq lazımdır. Əgər zəlzələ zamanı yataqdasınızsa o zaman yastıqla başınızı qoruyaraq yerindəcə qalmaq məsləhətdir.

Zəlzələ baş verdiyi zaman küçədə olarsınızsa o zaman binalardan, ağaclardan, elektrik naqillərindən kənara çəkilmək lazımdır. Maşınla gedirsinizsə maşını dayandırmaq (yaxşı olar ki, körpüdən, elektrik xəttlərindən, uçurumdan kənarda) və titrəyişlərin dayanmasını gözləmək lazımdır. Əgər zəlzələ zamanı kütləvi tədbirlərin keçirildiyi bir məkandasınızsa o zaman əllərinizi başınıza qoyaraq gözləyin.

0 points
AYSUN ƏLƏSKƏRLİ answered