Avrasiya materikinin şimal qərbində yerləşən bu yarımada iki ölkəyə, Danimarka və Almaniyaya aid olub, Şimal ilə Baltik Dənizlərini ayırır. XIX əsrdə çəkilən Gil kanalı demək olar ki, yarımadanı adaya çevirdi.
Şimali Yutlandiya 3 vilayətə ayrılır: Şimali, Mərkəzi və Cənubi Yutlandiya. Yarımadanın cənubunda olan Şlezviq və Holşteyn isə Almaniyanın Federal torpaqlarına daxildir.
Yarımadanın şimal sahilləri əhəngdaşı və gillərin üzəri dördüncü dövrün buzlaq çöküntüləri ilə örtülərək körfəzlərlə kəskin parçalanmışdır. İqlimi mülayim dəniz iqlimi olub orta temperatur 0-15 dərəcə arasında dəyişir. Yarımadanın şimal hissəsi suyun qalxması ilə əlaqədar olaraq 1825-ci ildə adaya (Vensyossel-Ti adası) çevrilməsinə baxmayaraq yenə də yarımadanın bir hissəsi hesab edilir.