Yer özərində yağıntının paylanması müxtəlif amillərdən asılıdır. Bunlar aşağıdakılardır: coğrafi enlik, təzyiq qurşaqları, relyef, okean cərəyanları və s. Yağıntının miqdarı əsasən coğrafi enlikdən asılı olaraq dəyişir. Belə ki, ekvatorial enliklərdə qalxan rütubətli hava soyuyaraq topa, topa yağış buludları əmələ gətirir və bol yağıntı verir. Tropik enliklərdə yüksək təzyiq havanın qalxmasına mane olur və bu da yağıntının miqdarının azalmasına səbəb olur. Mülayim enliklərdə yenidən havanın qalxan hərəkəti və yağıntının artması müşahidə edilir, qütblərdə isə yüksək təzyiq və havanın enən hərəkəti nəticəsində yağıntı az olur.
Relyefin yağıntının paylanmasına təsirinə baxaq, məsələn, Himalay dağlarının cənub yamacları mussonların gətirdiyi rütubət hesabına bol yağıntı alır, əks yamacda isə az yağıntı olur. Yaxud Xəzər dənizi üzərindən gələn nisbətən rütubətli hava Talış dağlarının cənub şərq ətəklərində yağıntı verir və yuxarıya doğru yağıntının miqdarı azalır və əks tərəfdə təmamən quraqlıq olur.
Cərəyanların təsirinə baxaq, tropik enliklərdə isti okean cərəyanlarının keçdiyi yerlər rütubətli, soyuq cərəyanların keçdiyi yerlərdə isə az yağıntı müşahidə edilir. Çünki isti cərəyan üzərində yaranan isti rütubətli hava asanlıqla yuxarı qalxaraq quru üzərinə hərəkət edə bilir. Soyuq cərəyan olduqda isə əksinə soyuq və ağır hava yuxarı qalxıb quruya daxil ola bilmədiyindən bu ərazilərdə quraqlıq yaranır. Məsələn, Atakama, Namib, Böyük səhra və s. yaranması cərəyanların təsirindəndir.
Yer kurresinde yagintinin paylanmasina tesir eden amiller bunlardir:relyefinden,cografi enlikden,okeanlarin tesirinden,okean cereyanlarindan.
Okean cərəyanları, ərazinin mütləq hündürlüyü, atmosfer təzyiqi sahələri