Yağışın yaranması haqqında nə bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Yer səthindən buxarlanan su buxarı yuxarıya qalxaraq soyuyur və bu da buxarın maye halına keçməsinə səbəb olur. Ancaq buxarın damla halına keçməsi üçün bir dayaq olmalıdır bu isə, havada mövcud olan toz, his, bitki sporları, duz kristalları və sairədir.

Maye halına keçmiş sonsuz sayda su zərrəcikləri buludların yaranmasına səbəb olur.

Buludlarda toplanmış su zərrəcikləri bir biri ilə birləşib yağış damlalarını yaradırlar. Bu damlalar böyüdükcə ağırlaşır və cazibə qüvvəsinin təsiri ilə yer səthinə düşürlər.

0 points