Su dövranı necə baş verir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Təbiətdə suyun daima təzələnmə prosesi baş verir ki, bu da su dövranı vasitəsiylə həyata keçirilir. Su dövranı yer səthindən buxarlanan suyun yenidən yer səthinə qayıtma prosesinə deyilir. Su dövranının bir neçə növü mövcuddur:

1. Suyun kiçik dövranı, bu özlüyündə iki cür ola bilir: a) okean üzərindən buxarlanan su kondensasiya edərək yenidən okeana qayıdır; b) quru üzərindən buxarlanan suyun yenidən quruya qayıdan hissəsi.

2. Suyun böyük dövranı, burada okean üzərindən buxarlanan su külək vasitəsi ilə quruya aparılaraq yağıntı şəklində yer səthinə düşür və bu suyun bir qismi səth axınları vasitəsi ilə yenidən oleana qayıdır, bir qismi buxarlanaraq yenidən atmosferə qayıdır, bir qismi torpağa hoparaq bitkilərin fəaliyyətinə və yeraltı suların yaranmasına sərf olunur.

0 points