Tornado answered
Mənə elə gəlirki, yeni il insanların ən çox gözlədiyi bayramdır. Bu bayramı harada və kimlərlə keçrmək daha yaxşı olar. Mənim şəxsi fikirimə görə bu bayramda bütün ailə bir yerdə olmalıdır. Harada keçirməyə gəldikdə isə, mən qarlı yeni ili çox sevirəm. Çox soyuq yer olmasa da qarın olması vacibdir. Düzdür bu bizim ölkənin ancaq dağlıq rayonlarında mümkündür. Bakıda isə yeni ili qarla qarşılamaq nadir hadisələrdən sayılır.
Mən bu bayramı şimal ölkılərdən hər hansı birində keçirmək istərdim. Məsələn, Finlandiyada, Norveçdə, İsveçdə, Kanadada, Rusiyada, İslandiyada və s. Əlbəttə bunlar mənim arzularımdır. Hamınızın yeni ilinizi təbrik edirəm və arzularınızın çin olmasını arzulayıram.