Helsinki haranın paytaxtıdır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Baltik dənizinin Fin körfəzi sahilində yerləşən bu şəhər Finlandiyanın ən böyük şəhəri və paytaxtıdır. Helsinki şəhəri Finlandiyanın biznes, təhsil, elm, mədəniyyət mərkəzidir.

Şəhər qayalıq ərazidə yerləşir. Əvvəllər əhalinin əksəriyyəti isveç dilində danışırdısa hal hazırda 85% əhali fin dilində danışır. Helsinki şəhəri iki yerə ayrılır. Qərb hissəsi qədim şəhər və şərq hissəsi müasir şəhər. Suomenlinna adalar qrupu turistlərin görmək istədiyi ən gözəl yerdir.

Helsinki şəhərinin iqlimi mülayim dənizdən mülayim kontinentala keçiddir. Qış uzun və qarlı, yaz və payız  uzun, sərin və soyuq, yay çox uzun olmayıb sərin keçir. Əhalisinin əksəriyyəti, 86%-i fin dilini, 6%-i isveç dilini, 4%-i rus dilini və qalan 4% isə digər dilləri ana dili sayır.

0 points