Yava adası hansı dövlətin ərazisindədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Böyük Zond adalar qrupuna daxil olan Yava adası Şimaldan Yava dənizi Cənubdan isə Hind okeanı ilə əhatələnib. Yava adasını Sumatra adasından Zond boğazı, Bali adasından Bali boğazı ayırır. Yava adası İndoneziya dövlətinin ərazisindədir və dövlətin i-ci dərəcəli inzibati ərazi vahidlərindən 5-i bu adada yerləşir.

Vulkanik ada olan Yavanın çox hissəsi dağlıqdır. Ən hündür yeri Semeru (3676m) dağıdır. Adada olan 100-dən çox vulkanın 32-si püskürür. Neft, manqan, qızıl, fosforit və s. kimi faydalı qazıntıları var. İndoneziyanın əsas təsərrüfat rayonudur. Kauçuk, kinə ağacı qabığı və ədviyyat ixrac edir.

0 points