Yaşayan bütün canlılar niyə ölürlər?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Orqanizmdə meydana gələn bütün proseslər kimyəvi birləşmələr tərəfindən idarə edilir. Düzgün şəkildə çalışan fementlərin yaranmasının azalması əslində ölümün əsas səbəbidir.

Fermentlər orqanizmə daxil olan qidaların həzm olunmasına, həzm olunmuş qidaların enerjiyə çevrilməsinə, yaşlı vəya zədələnmiş toxumaların bərpası üçün lazim olan zülal və yağların əmələ gəlməsinə kömək edirlər.

Hüceyrə içərisində fermentlərin “kodlaşdırılmasında” iştirak edən DNT müəyyən səbəblərdən meydana gələn zədələri və problemləri düzəldir. Ancaq bu tip xətalarda heç vaxt tam düzəldilmə olmur. Buna görədə müəyyən bir vaxtdan sonra düzəldilməyən xətalar getdikcə artır. Buda orqanizmdəki proseslərin zəifləməsinə səbəb olur. Buda hüceyrənin ölməsinə səbəb olur.

Hər canlıda yaşamaq vaxtı fərqlidir. 300-400 il yaşayan canlılar olduğu kimi , bir neçə saat yaşayan canlılarda vardır.

Yaşlanmanın və ölümün ən əsas səbəbləri zülal mübadiləsində meydana gələn xətalardır. Bu zaman mübadilə artıqları hüceyrə içərisində yığılır. Hüceyrələrin yenilənməsi və bərpası sürəti azaldıqca toxumalarında yaşlanması tezləşir.

0 points