Hansı canlı orqanizmlər produsentlər adlanır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Qeyri-üzvi maddələri üzvi maddəyə çevirən canlı orqanizmlər produsentlər adlanır. Bu orqanizmlər qida zəncirinin başında duraraq qeyri-üzvi maddələri günəş enerjisinin köməyi ilə (fotosintez) üzvi maddəyə çevirirlər. Bu canlılar suda və quruda yaşayan bitkilərdir. Bundan başqa bəzi hemotrof bakteriyalar var ki, onlar günəş işığı olmadan da kimyəvi yolla üzvi maddələr sintez edə bilirlər. Produsent orqanizmlər qida zəncirinin başında duraraq onun əsasını təşkil edirlər.

0 points