Biosenoz nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Hər hansı bir mühit daxlində yaşayan və bir biri ilə qarşılqlı əlaqəyə malik olan bioloji kütlənin cəminə biosenoz deyirlərl. Biosenoza bitki, heyvan və mikroorqanizmlər daxildir. Biosenozun inkişafı xarici mühitdən, yəni cansız təbiətdən də çox asılıdır Yunan dilindən tərcümə etdikdə biosenoz “ümumi həyat“ deməkdir. İlk dəfə bu termini alman alimi Karl Avqust Mobius işlətmişdir.

Bioloji dövranda iştirakına görə biosenozlar 3 qrupa bölünürlər: 1-ci qeyri üzvi maddələrdən üzvi maddə əmələ gətirənlər (produsentlər) - bunlara bitkilər daxildir; 2-ci hazır üzvi maddələrlə qidalananlar (konsumentlər) - bunlara insan və heyvanlar daxildir; 3-cü üzvi maddələri qeyri üzvi maddəyə çevirənllər (redusentlər) - bunlara çürümə bakteriyaları daxildir.

0 points