Səhra bitkilərindən hansıları tanıyırsınız?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Səhra deyəndə ucsuz bucaqsız susuz çöl fikirləşirik. Bu yerlərdə yaşamağın nə dərəcədə  çətin olduğunu  hamımız dərk edirik. Ancaq təbiət bütün hər şeyi tənzimləyə bilir.

Səhra bitkiləri susuzluğa dözmək üçün fərqli quruluşa malik olurlar. Onlarda ətli yarpaqlar həm yarpaq həm də gövdə, fotosintez orqanı və ehtiyat qida anbarı funksiyasına malik olurlar. Onların iri sərt tikanları, ətraf qayalara oxşamaları özlərini müdafiə üçündür. Bəzi bitkilərdə isə, məsələn, saksaul bitkisinin çox dərinə (10-11m) inkişaf edən kökm sistemi onun səhranın dərin qatlarında olan sulardan istifadə etməsinə kömək edir.

Səhra bitkilərinə müxtəlif növ kaktuslar, ağ saksaul, qara saksaul, sarağan, dəvətikanı, yovşan, adaçayı, astraqalus, selin və s. bitkiləri misal göstərmək olar.  

0 points