Qumlu səhralarda o qədər qum necə yaranır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Səhraların müxrəlif tipləri mövcuddur: Morfoloji xüsusiyyətlərinə görə dağlıq və düzənlik səhralara, burada olan süxurların xüsusiyyətlərinə görə qumlu, daşlı və gilli səhralara ayrılırlar. 

Qumlu səhralarda o qədər qumun necə yaranması haqqında müxtəlif fikirlər mövcuddur. Bir çoxları bu qumların kristallik süxurlarla, məsələn, qranitlərin, sienitlərin, qneyslərin parçalanması ilə yarandığını deyirlər. Kontinental aşınmadan bu qədər qumun əmələ gəlməsi o qədər də inandırıcı deyil.

Müəyyən olunmuşdur ki, geniş əraziləri əhatə edən qumların əsas hissəsi vaxtilə çayların töküldüyü geniş çökmüş ərazilərdə (depressiyalarda) toplanmış qumlu və qumlu gilli çöküntülər küləyin təsiri nəticəsində yaranmışdır. Məsələn Qaraqum səhrasına Amudərya, Teren və Muğrab çaylarının deltası kimi baxmaq olar. Sonralar bu ərazilər dağların aşınmasından yaranmış məhsullar ilə dolmuşdur. Qumlu səhralara Tar səhrasını, Qaraqum, Qızılqum, Myunqum, Böyük Qumlu səhra, Kalahari, Böyük səhranın və s. səhraları misal göstərmək olar. 

0 points
Nigar Səlimli answered

Aşınma nəticəsində süxurlar parçalanır və qum yaranır. Onun bu qədər çox olmasının səbəbi isə səhralaşma ilə əlaqədardır. İnsan fəaliyəti və qlobal istiləşmə səhralaşmanın əsas səbəbləridir. Müasir dövrdə ildən-ilə ərazisi genişlənən Böyük Səhra vaxtilə yaşıllıq olan bir ərazi idi.

0 points