Yağış suları ilə qidalanan çayların rejimi haqqında nə deyə bilərsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Çayların qidalanmasında yağış suları mühüm əhəmiyyət kəsb edir. Ancaq bu tip çayların rejimində də fərqliliklər müşahidə edilir. Bunun səbəbi Yer kürəsinin hər yerində yağıntının eyni bərabərdə paylanmamasıdır. Əgər çay il boyu yağıntının bərabər paylandığı ərazidən axırsa o zaman çayın su rejimi təxminən bərabər olacaq, yəni il boyu gursululuq davam edəcək, məsələn, ekvatorial qurşaqdan axan Amazon, Konqo çaylarında olduğu kimi. 

Musson rejimli və subekvatorial qurşaqdan axan çaylarda gursulu dövr yay aylarına təsadüf edəcək. Məsələn: Yantszı, Xuanxe, Hind, Qanq və s. Subtropik qurşağın Aralıq dənizi iqlim tipinə aid olan ölkələrdə yağıntılı dövr payız və qış aylarına təsadüf etdiyindən çaylar qış aylarında gursulu olur. Məsələn: Lənkərançay, Viləşçay.

0 points