Yağıntı verməyən buludlar hansı buludlardır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Buludlar formalarına və əmələ gəldikləri hündürlüklərə görə bir-birindən fərqlənirlər və elə bu səbəbdən də onlar üç qrupda birləşdirilir. Laylı, topa və lələkvari. Adətən yağıntı verməyən buludlar lələkvari buludlardır. Bunun əsas səbəbi onların çox yuxarıda yaranması və buz kristallarından ibarət olmasıdır. Bu buludlar sasən 6-13km hündürlüklərdə yaranırlar. Lələkvari buludlar üç cür olur: lələkvari laylı, lələkvari topa, lələkvari. 

Lələkvari buludlar adətən isti atmosfer cəbhəsi zamanı yaranırlar. Ağ rəngli buz kristallarının olduğundan ipək parıltısına malik olurlar. Aydın sakit havada yaranan bu buludlar bəzən fırtına qabağı sakitlik kimi xarakterizə olunurlar.

0 points