Yağışın neçə növü var?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Yağış buluddan damcı halında tökülən yağıntı növü olub damlaların ölçüsünə görə 3 növə ayrılır. Damlalarının diametri 0.5mm-dən kiçik olan yağış növü çiskin yağış adlanır. Bu yağış damlaları gözlə görsənmir. Sadəcə cismlərin üzərində olan damlalara görə yağışın yağmasını hiss edirsən. Ölçüləri 1-2mm dən çox olan yağıntı  növü normal yağış və ya narın yağış adlanır. Damlaların ölçüləri 6-7mm olan, intensivliyi 1-3mm dəqiqədən çox olan yağış leysan adlanır. 

Dünyada ən güclü leysan Havay adalarında (intensivliyi 21mm/dəq. 1913-cü il) olmuşdur.

0 points
Fərəc Cəfərov answered

Çiskin, narın, leysan

0 points