Tornado answered
Öz başlanğıcını Tibet yaylasının 4000-dən çox olan yüksəkliklərindən götürən bu çay Sarı dənizə tökülür. Uzunluğuna görə Çinin ikinci çayıdır. Çayın uzunluğu 5464km-ə bərabərdir. Çay Löss yaylasından keçərkən gilli süxurları dağıdıb parçalayaraq özü ilə apardığından rəngi sarı olur. Çin dilindən tərcümədə Xuanxe-”Sarı çay” deməkdir.
İl ərzində 1.3 milyard tona qədər asılı maddə gətirir və buna görə Dünyanın ən bulanlıq çayı hesab olunur. Gətirdiyi asılı maddələr çayın aşağı axarında və mənsəbində toplanaraq daşqınlar zamanı geniş ərazilərin su altında qalmasına səbəb olur. Bunun qarşısını almaq məqsədi ilə çayın üzərində böyük su anbarları tikilib.