19-cu əsrdə Fransada prezident olduqdan sonra çevriliş edərək özünü imperator elan etmiş şəxs kimdir?

Tarix Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Elvin Namazov answered

Karl Lui Napoleon 20 aprel 1808-ci ildə Paristə anadan olmuşdur. Napoleon Bonapartın qardaşı Lui Bonapartın oğludur. 1848-1852-ci illər arasında Fransa prezidenti olmuş və 1852-ci ildə çevriliş edərək III Napoleon adı ilə özünü imperator elan etmişdir. III Napoleon prezident olduğu vaxtda idarəetmədə və orduda əhəmiyyətli mövqelərə öz adamlarını yerləşdirdi. Bundan sonra isə hərbi çevriliş etdi və Senatında razılığı ilə imperator elan edildi.

III Napoleon xarici siyasətdə Fransanın əhəmiyyətli dərəcədə təmsil olmasını və Avropada təsir gücünün olmasını istəyirdi. Krım və İtaliya-Avstriya müharibələrində iştirak etməklə və Hindçindəki və Qərbi Afrikadakı Fransa yayılmasını sürətləndirməklə buna nail olmağa çalışdə. Lakin Prussiya-Fransa müharibəsində ağır məğlubiyyətə uğrayan Fransada  əhali ayağa qalxdı və III Napoleon devrildi.

0 points