Xarici ticarət balansı nədir?
Tornado answered
Xarici ticarət balansı ölkənin satdığı (ixrac etdiyi) və aldığı (idxal etdiyi) malların cəminə deyilir. Əgər ölkənin satdığı məhsulun dəyəri aldığı məhsulun dəyərindən çox olarsa o zaman balans müsbət olur. Əksinə əgər ölkənin aldığı məhsulun dəyəri satdığı məhsulun dəyərindən çox olarsa balans mənfi olacaq.
Müsbət ticarət balansı ölkənin istehsal etdiyi məhsula dünya bazarında tələbatın çox olmasını və məhsulun bazarda yüksək qiymətləndirilməsinin gösrəricisidir. Mənfi balans isə ölkənin istehsal etdiyi məhsulun dəyərindən çox xarici məhsula ehtiyacı olmasının göstəricisidir.