Tornado answered
Uzaq şərqin ən iri şirinsulu gölü olan Xanka gölü Çinin Xeylunszyan və Rusiyanın Primorsk diyarı ərazisində yerləşir. Gölün sahəsi 4070 km², ən dərin yeri 10.6 metrdir. Səviyyəsi iqlimlə əlaqədar olaraq dəyişə bilir.
Gölə 24 çay axır. Ancaq tək Sunqaça çayı başlanır və Ussuri çayı ilə birləşir. Ussuri çayı vasitəsilə göl Amur çayı ilə birləşir.
Gölün suyu noyabr ayından aprel ayına kimi donur.
Göldə çox sayda endemik balıq növləri yaşayır. Bunları qorumaq məqsədi ilə 1996-cı ildən göl hər iki dövlət tərəfindən qorunur.