Albano gölü harada yerləşir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Albano gölü Romanın cənub şərqində, İtaliyanın Lasio regionunda yerləşən Alban dağlarındadır. Sönmüş vulkan kraterində yerləşən Albano gölünün sahəsi 6 km², dərinliyi 170 m-ə bərabərdir.

Göldə suyun səviyyəsi tənzimləmək üçün eramızdan əvvəl 398-ci ildə oraya tunel vasitəsi ilə su gətirilmişdir. Albano gölü ilə qonşu Nemi gölünü Monte-Kabo dağı ayırır.

Gölün kənarında Roma Papasının Yay iqamətgahı Kastel-Qandolfo və Albano-Lasiale şəhəri yerləşir.

0 points