Vostok gölü haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Antarktidada 140-dan çox buzaltı göl var, bu göllərdən ən böyüyü Vostok gölüdür. Göl Şərqi Antarktidada Rusiyanın “Vostok “ stansiyasının altında yerləşir. 4000m-lik buz təbəqəsinin altında yerləşən gölün sahəsi 15 5000 km², dərinliyi 1200 metrdən çoxdur. Gölü digərlərindən fərqləndirən cəhət onun bir neçə milyon il buz altında qalmasıdır. Gölün kəşfi XX əsrin ən böyük kəşflərindən sayıla bilər.

Göl şirin sulu olub, suyun tərkibində oksigenin miqdarı 50 dəfə çoxdur. Suyun temperaturunun 10 dərəcə buz sərhəddində isə -3 dərəcə olduğu deyilir. Bu da yerin daxili istiliyi hesabına olduğu güman edilir. Göldə təzyiqin 300 atmosferə qədər oldunu deyirlər. Bu da buz qatının qalınlığı ilə əlaqədardır. Göldə mikroorqanizmlərin yaşaya biləcəyi güman edilir.

0 points