Buzlaq mənşəli göllər hansı ölkələrdə çoxdur?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Biz bilirik ki, göllərin mənşəyi onun çuxurunun necə yaranmasından asılıdır. Buzlaq mənşəli göllər adətən buzlaq əridiyi zaman onun yerində əmələ gəlmiş çuxurlarda su toplanaraq yaranan göllərdir. Bu cür göllər əsasən şimal ərazilərə düşən ölkələrdə çox olur.

Dünyada ən çox buzlaq gölü Kanada ərazisindədir. Bu göllərə Böyük Ayı, Böyük Kölə, Vinnipeq və başqalarını misal kösrərmək olar. Bundan əlavə ABŞ və Kanada sərhəddində olan Böyük göllər də buzlaq mənşəlidirlər. Buzlaq göllərinə Skandinaviya ölkələrində Venern, Vettern, Sayma, Rusiya Federasiyasındakı Oneqa, Ladoqa gölləri də aiddir. Buzlaq göllərinə dağlıq ərazilərdə də tez-tez rast gəlinir.

0 points