Volqa çayının ən böyük qolu hansı çaydır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Rusiya Federasiyasının Avropa hissəsindən axan Volqa çayının ən böyük qolu Kama çayıdır. Çay öz başılanğıcını Udmurdiya Respublikasının Keski rayonunun Kuliqa kəndi yaxınlığında olan Kama yüksəkliyindən götürür. Kama çayına 74718 çay tokülür.

Kama çayının uzunluğu 1805 km-dir, Kuybuşev su anbarı tikildikdən sonra çayın uzunluğu 2030 km-ə çatmışdır. Çay əsasən qarların ərinti suları ilə qidalanır. Gursululuq dövrü mart iyun aylarına təsadüf edir. Geoloyi geçmişdə Kama birbaşa Xəzər dənizinə tökülürmüş. O zamanlar Bolqa Don çayının qolu olmuşdur. Vulqanın Aşağı Bolqa adlanan hissəsi isə Kama çayının dərəsi olmuşdur. Buzlaşmadan sonra Şərqi Avropanın çay sistemində dəyişikliklər baş vermiş və Kama Volqanın qoluna çevrilmişdir.

Çayın təsərrüfat əhəmiyyəti çox böyükdür. Kama çayından həm gəmiçilikdə, həm də enerji almaq üçün istifadə edilir. Çay üzərində bir neçə su anbarı və SES tikilmişdir.

0 points