Volta çayı hansı ölkədədir?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Qərbi Afrikada Qana ərazisindən axan çaydır. Ağ Volta və Qara Volta çaylarının birləşməsindən əmələ gəlir. Qara Volta ilə birlikdə uzunluğu 1600 km-ə çatır. Çayda gürsululuq dövru iyuldan oktyabra qədər davam edir.

Volta çayının üzərində dünyanın ən böyük su anbarlarından biri olan Volta su anbarı tikilmişdir. Burada tikilən “Aksombo“ (Qana ərazisində) su elektrik stansiyası ölkə ərazisinin çox hissəsini enerji ilə təmin edir. Burada balıqçılıq və gəmiçilik də inkişaf etmişdir. Gəmiçilik mənsəbdən 400 km məsafəyə qədər mümkündür. Əsas limanları Kete-Kraçi və Aksombodur.

0 points