Vankuver adası Şimali Amerikanın şimal qərb sahillərində Kanadanın Britaniya Kolumbiyasının ərazisində yerləşir. Sakit okean qərbdən, Xuan-de-Fuka boğazı cənubdan və Corciya boğazı isə şərqdən adanın sahillərini yuyur.
Mülayim dəniz iqlimə malik bu ada turizmin inkişafı üçün çox əlverişli şəraitə malikdir. Adanın çox hissəsi dağlıqdır və iynəyarpaqlı ağaclarla ortülmüşdür.
Adada yerləşən Vankuver şəhəri böyüklüyünə görə Kanadanın üçüncü şəhəridir. Vankuver şəhərində müxtəlif dildə danışan etnik qruplar yaşayır. Burada yaşayan əhalinin 52%-i öz ana dilini ingilis dili saymır. Araşdırmalara görə buranın yerli əhalisi 8-10 min il əvvəldən burada yaşayırlar. Avropalılar isə 1791-ci ildən sonra gəlmişlər. Şəhər ölkənin ən böyük sənaye mərkəzlərindən biridir.