Çilinin Antofoqasto vilayətində yerləşən San-Pedro-de-Atakama səhərindən 15 km qərbdə yerləşən turistik ərazidir. Vadi los-Famenkos milli parkının ərazisinə daxildir.
Kardilyer-de-la-Sal silsiləsinin 500 metr hündürlüyə malik olan təpəlikləri ilə əhatə olunmuş Salar-de-Atakama şoranlıqlarının ərazisində yerləşən bu ərazini səhranın müxtəlif rənglərini görmək üçün ideal yer sayılır. Buranın səthi küləyin və suyun təsirindən yaranmış bu rənglər ayın səthini xatırladır. Burada olan müxtəlif formaya malik duz yığınları süni heykəlləri xatırladır. Bundan başqa burada müxtəlif formalı mağaralara da rast gəlmək olur. Bədirlənmiş ay zamanı kölgələr buraya daha möcüzəvi və sirli görkəm verir.
Alimlər bütün bunların səbəbini araşdırmaqdadırlar. Lakin, əsas səbəb olaraq quraqlıq hesab olunur. Burada elə yerlər var ki, 100-ildə bir damla da olsun yağış yağmayıb.