Uruqvay çayı haqqında nə bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Cənubi Amerikanın Braziliya, Argentina, Uruqvay ərazisindən axan Uruqvay çayının uzunluğu 1600 km-ə bərabərdir. Çay Braziliya ərazisində 1800 metr hündürlükdən başlayaraq Atlantik okeanında Parana çayının yaratdığı estuariyə tökülür. Quarani dilində uruqvay sözünün mənası "rənqli quşların çayı" deməkdir.

Braziliya ilə Uruqvay arasındakı sərhəddən axan çaya iki böyük qol tökülür: İbikui və Rio Neqru. Çayın yuxarı axarında yataq astanalıdır. Çay aşağı axarında gəmiçilikdə istifadə olunur. Əsas limanları Konkoytiya, Salto və sairədir.

Uruqvay çayından enerji almaq üçün də istifadə edirlər. Çayın üzərində olan ən böyük SES "Salto-Qrande" adlanan Argentina-Uruqvay SES-dır.

0 points