Tornado answered
Urbanizasiya latın sözü olan "urbanus" sözündən götürülüb şəhər deməkdir və cəmiyyətin inkişafında şəhərlərin rolunun artması, şəhər həyat tərzinin fərqli xüsusiyyətləri, şəhərlərin mədəni və siyasi funksiyalarının artması urbanizasiyanın formalaşmasına səbəb olur.
Urbanizasiya əhalinin kənd yerlərindən şəhərlərə köçməsi, kənd yaşayış məskənlərinin böyüyərək və funksiyasını dəyişərək şəhərlərə çevrilməsi, geniş şəhərətrafı zonaların yaranması nəticəsində formalaşır. Urbanizasiya nəticəsində şəhərlər böyüyüb aqlomerasiyalara və onlar da böyüyərək meqalopolislərə çevrilir.