Günəşdən gələn şüalar 3 qrupa ayrılır. Bunlar gələn şüanın 47%-i infraqırmızı şüalar, 46%-i normal
gözlə görünə bilən şüalar, 7%-i isə ultrabənövşəyi şüalardır. Görünən şüalar 400-700 nanometr dalğa uzunluğuna malik olub spektrin rənglərinə uyğun bizim görə bildiyimiz işıqdır.
Ultrabənövıəyi şüalar 400 nanometrdən aşağı olan şüalar olub gözlə görüləbilməyən şüalardır ki, bu da özlüyündə üç qrupa ayrılır: 400-320 nanometr arası dalğa uzunluğuna malik olan UŞ-A şüalarının 95% yer səthinə gəlib çatır, sadəcə dərini qaraldır və həddindən çox olduqda ziyanlı ola bilər; 315-280 nanometr dalğa uzunluğuna malik UŞ-B süalarının 5%- yer səthinə gəlib catır, orqanizm üçün təhlükəli olub günəş yanıqları, dəri xərçəngi və s. xəstəliklərin yaranmasına səbəb olur; 280-100 nanometr arasında dalğa uzunluğuna malik olan UŞ-C şüaları Atmosferdə (stratosferdə) olan oksigenlə birləşərək ozon əmələ gətirir və yer səthinə demək olar ki, heç gəlib çatmır və bu şüalar çox təhlükəlidir.
İnfraqırmızı şüalar 750 nanometrdən 1mm-ə kimi dalğa uzunluğuna malik olan şüalardır ki, bunların böyük bir qismi ionosfer tərəfindən udulur.
Fizika fənnindən bildiyimiz kimi görünə bilən şüalardan əlavə 2 cür şüalar mövcuddur - İnfraqırmızı və Ultrabənövşəyi. Bu adların mənasından göründüyü kimi İnfra - latın dilindən tərcümədə "aşağı" deməkdir. Yəni görünə bilən ən kiçik dalğa uzunluğa malik şüa (400nm) qırmızı rəngdə olur. İnfraqırmızı yəni qırmızıdan aşağı dalğa uzunluğuna malik (<400nm) və görünməyən şüalardır.
Bunun tam əks tərəfində Ultrabənövşəyi şüalar var. Ultra sözü də Latın dilindən götürülüb və "qabaqda" deməkdir. Yəni görünə bilən ən böyük dalğa uzunluğuna malik (700nm) olan şüalar bənövşəyi rəngdə görünür, ondan böyük dalğa uzunluğu (>700nm) insan gözü tərəfindən görünmür və Ultrabənövşəyi şüalar adlanır.